Zülfiyye Xanbabayeva-Melancholia 2017
Zülfiyye Xanbabayeva Melancholia Şarkı Sözleri
متن آهنگ ملانچولیا از زولفیه خانبابایوا
Bir həyatım var mənim, o da borca
Ölü arzularla tam dolu boxçam
Danışacam öz əhvalatımı yığcam
Məncə alınacaq, məncə bacaracam
Çoxdandır bir nəfərin ömründən itmişəm
Amma yenə məni axtarır o, eşitmişəm
Şəkillərin hamısını silmişəm
Kövrəlməyi, ağlamağı tərgitmişəm
Bir gün görüşə bilərik, "Bakı" balacadır
Binaları insanlarından ucadır
İndi bu şəhərdə sən adi sakin
Sənə qarşı nə "sevgim" qalıb, nə kin
:Nəqarət
Bu mahnını söz verdim ki, sənə yazacam
Səbr edəcəm sən qulaq asanacan
Sədaları bir gün onun səni tapacaq
Səmalara mən həmişəlik uçanacan
Mənim ilham pərimdir gecə şəhərin sakit olmağı
Şəxsən onun mənə və mənim ona aid olmağım
Mən bu şəhərin adını "köhnə dost" qoydum
Nələri gördüm, duydum, nələrə şahid olmadım
Hər mühitə dair olmadım
İçi boş adamların ürəylərinə daxil olmadım
Mən nail olmadım təsvirlərimdəki "O" sevgiyə
"Bir "Allahdan" çəkindim, bir də "karmadan
Dərinə varmadan
Ümüdləri gümanıma qatacam
Doğruları yalanıma satacam
Bu axına qarşı tək üzəcəm
Sevənlərin limanına çatacam
:Nəqarət
Bir gün görüşə bilərik, "Bakı" balacadır
Binaları insanlarından ucadır
"İndi bu şəhərdə sən "adi sakin
Sənə qarşı nə sevgim qalıb, nə kin
شیوه ی گویش متن اصلی با حروف فارسی
زولفیه خانبابایوا ملانچولیا
بیر حیاتیم وار منیم او دا بورجا
اؤلو آرزولارلا تام اولدو بوجچام
دانیشاجام اؤز احوالاتیمی ییغجام
منجه آلیناجاق منجه باجاراجام!
چوخدان دیر بیر نفرین عومروندن ایتمیشم
آما یئنه منی آختاریر او اشیتمیشم
شکیللرین هامیسینی سیلمیشم
کؤورَل مه یی آغلاماغی ترگیتمیشم
بیر گؤن گؤروشه بیله ریک "باکی" بالاجادیر
بینالاری اینسانلاریندان اوجادیر
ایندی بو شهرده سن عادی ساکین
سنه قارشی نه "سئوگیم" قالیب نه کین
نَقارَت:
بو ماهنینی سؤز وردیم کی سنه یازاجام
صبر اده جم سن قولاق آساناجان
صدالاری بیر گؤن اونون سنی تاپاجاق
سمالارا من همیشه لیک اوچاناجان
منیم ایلهام پریم دیر گئجه شهرین ساکیت اولماغی
شخصا اونون منه و منیم اونا آیید اولماغیم!
من بو شهرین آدینی " کؤهنه دوست" قویدوم
نَلَری گؤردوم دؤیدوم نَلَری شاهید اولمادیم
هر مؤحیطه داییر اولمادیم
ایچی بوش آداملارین اؤره ی لرینه داخیل اولمادیم
من ناییل اولمادیم تصویرلریم ده کی "او" سِئوگیَه
بیر "آللاهدان" چکیندیم بیر ده "کارمادان"
درینه وارمادان!
اؤمودله ری گؤمانیما قاتاجام
دوغرولاری یالانیما ساتاجام
بو آخینا قارشی تک اؤزه جم
سِئوَنلَرین لیمانینا چاتاجام
نَقارَت:
بیر گؤن گؤروشه بیله ریک "باکی" بالاجادیر
بینالاری اینسانلاریندان اوجادیر
ایندی بو شهرده سن "عادی ساکین"
سنه قارشی نه سئِوگیم قالیب نه کین!
- 17/06/21